Sinan Oğan qərarını bu gün AÇIQLAYACAQ

 12:11 22.05.2023     708

Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını bu gün açıqlayacaq.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki,  "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan bu gün 17:00-da öz qərarı barədə məlumat verəcək.

"Ərdoğan və Kılıçdar oğlunun heç birinə "bunu səndən istəyirəm" təklifi ilə yanaşmamışam. Mən prinsiplərdən danışdım. Ona görə də razılaşdığım, dəstəklədiyim partiya ilə bağlı prinsiplər əsasında qərar verəcəm. Məni çox şeydə ittiham edirlər”,- deyə Sinan Oğan söyləyib.

Humay İSGƏNDƏRLİ