"Ermənistan KTMT-ni tərk edəcək" - Paşinyan
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) “bacarıqsız” struktur hesab edərsə, ondan çıxmağa qərar verəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.
"KTMT-dən de-yure çıxmaq qərarımız bu təşkilatın Ermənistanı tərk etməsindən sonra baş verəcək. Belə bir gündəm KTMT-nin fəaliyyətsiz təşkilata çevrildiyi halda mövcuddur. O zaman biz öz təhlükəsizlik məsələlərimizi özümüz həll etməli olacağıq", - deyə o, əlavə edib.
Tunar Altunbay