Türkiyədə məktəblər seçkilər səbəbindən tətilə buraxılır

 14:29 22.05.2023     451

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar məktəblərdə tətil olacaq.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer açıqlama verib.

Nazir bildirib ki, seçki prosesi əsasən məktəblərdə keçirilir. Buna görə də mayın 29-da məktəblərdə dərs olmayacaq.

Qeyd edək ki, Türkiyədə mayın 14-ü keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88% səs toplayıb.

Namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün seçkilərin ikinci turu mayın 28-i baş tutacaq.

Humay İSGƏNDƏRLİ