Şərqi Azərbaycanda da zəlzələ qeydə alındı

 22:56 22.05.2023     382

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Serab şəhərində qeydə alınan zəlzələ 4,9 bal gücündə olub. Yerli vaxtla saat 21:06-da qeydə alınan zəlzələnin episentri 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin vurduğu ziyanla bağlı rəsmi orqanlar hələlik açıqlama verməyib.