“Qazprom”un Avstriyadakı törəməsinin əmlakı hərraca çıxarıldı

 23:12 22.05.2023     326

Avstriyada Rusiyanın “Qazprom” şirkətinin törəmə şirkətinin əmlakını satmağa başlayıb.

Bu barədə Redaktor.az “Aurena” auksionunun məlumatlarına əsasən xəbər verir.

Satışda mebel, məişət texnikası, seyflər, rəsmlər və hətta bitkilər də daxil olmaqla 236 obyekt var.

Ən bahalı lot 950 avroya “Jan Kath” xalçası, ən ucuzu isə 2 avroya şkaflar olub.

Qeyd edək ki, cari ilin aprel ayında “Qazprom”un Avstriyadakı şirkəti iflasla bağlı yenidən strukturlaşma üçün məhkəməyə ərizə verib – şirkətin öhdəlikləri 30 milyon avrodan çox qiymətləndirilir.