Rusiyada FTX-nin binasında partlayış oldu
Ötən gecə Rusiyada partlayış baş verib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Belqorod şəhərində yerləşən Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasında olub.
Bildirilib ki, hazırda şəhərdə əks-terror əməliyyatı rejimi tətbiq edilib:
"Buna görə regionda rəsmi mənbələrə istinad etmədən istənilən məlumatın yayımı qadağandır”.