Ərdoğan Türkiyədə yeni konstitusiyanın vacibliyindən danışdı

 09:10 23.05.2023     544

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq edib ki, onun administrasiyasının əsas vəzifələrindən biri respublikanın yeni konstitusiyasının hazırlanması və qəbulu olaraq qalır.

Redaktor.az xəbər verir ki, o, bu barədə bazar ertəsi TRT telekanalının efirində bildirib.

"Əsas vəzifələrdən biri yeni konstitusiya olaraq qalır. Partiya alyansımız daxilində  dəyərləndirəcəyik, lazımi işləri görəcəyik. Partiyalar arasında, konsensus axtarışı olacaq. Əgər onlar bir qərara gəlsələr. təkliflər olsa, onları təhlil edəcəyik" dedi.

Ərdoğan Türkiyənin çevriliş zamanının mirasından qurtulmasını zəruri sayır.

1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra 1982-ci ildə yeni konstitusiya qəbul edildi və o, ciddi dəyişikliklərə məruz qalsa da, hələ də qüvvədədir.

Türkiyə lideri bildirib ki, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qalib gəlsə, ölkə “tamamilə çevriləcək” və “gələcəkə başqa cür baxılacaq”. Onun sözlərinə görə, bir çox opponentlər “siyasi cəsədlərə” çevriləcəklər.

Ərdoğan iki dəfə referenduma konstitusiyaya dəyişikliklə bağlı sual verib. Ən əsaslı dəyişiklik 2017-ci ildə keçirilən ümumxalq səsverməsində təsdiqlənib. Daha sonra baş nazir postunun ləğvi və prezidentin səlahiyyətlərinin genişləndirilməsi ilə parlament idarəetmə sistemi prezident üsul-idarəsi ilə əvəz olundu.

Müxalifət Ərdoğanı bu addımına görə tənqid edir və dövlət başçısının səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq ölkədə parlamentarizmi bərpa edib gücləndirəcəyini vəd edir.

Tunar Altunbay