Almaniya “Taurus” raketlərini Kiyevə verəcək?

 10:18 23.05.2023     311

Xristian Demokratlar İttifaqının (CDU) müdafiə üzrə eksperti Roderix Kizevetter hesab edir ki, Qərb müttəfiqləri indi Kiyevə silah tədarükü məsələsinə əl atmalı və Silahlı Qüvvələrin istifadə edə biləcəyi hər şeyi, o cümlədən mənzilə malik Alman-İsveç “Taurus” qanadlı raketlərini ötürməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə o, çərşənbə axşamı "Redaktionsnetzwerk Deutschland "a (RND)  verdiyi müsahibəsində bildirib.

Kizevetter deyib: “Ukraynanın tərəfdaşları indi və müxtəlif silah növlərinin eyni vaxtda istifadəsi ilə döyüş aparmaq üçün istifadə edə biləcəyi və beynəlxalq hüquq baxımından məqbul olan hər şeyi Ukraynaya çatdırmalıdırlar. 400-500 km-ə qədər mənzilə malik “Taurus” qanadlı raketləri Almaniyanın Ukraynaya çox faydalı töhfəsi olardı”, - deyən o, Qərbin Kiyevi NATO-nun istifadə edə biləcəyi hər şeyi təmin etməli olduğunu qeyd edib:

"Daha qırmızı xətlər ola bilməz".

Kiezevetter bildirib ki, 10 il əvvəl Bundesver üçün təxminən 600 "Taurus" raketi alınıb:

“Amma bunlardan yalnız 150-si istismara hazırdır. Onları Almaniyada saxlamaqdansa, Kiyevə köçürmək daha məqsədəuyğundur.

Tunar Altunbay