Ukrayna Rusiya ilə sərhəddəki yaşayış məntəqələrinin sakinlərinin təxliyə edir

 11:57 23.05.2023     317

Ukraynanın Sumı vilayətinin rəsmiləri hazırda Ukrayna diversantlarına qarşı əməliyyatın davam etdiyi Rusiya Federasiyasının Belqorod vilayəti ilə sərhədi yaxınlığında yerləşən Axtırski rayonunun bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyyə edildiyini açıqlayıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Sumı vilayət hərbi administrasiyasından məlumat verilib.

"Bu icmalarda sakinlərin təhlükəsizliyini təmin etmək,  o cümlədən təhlükəsiz yerlərə getmək istəyənlərin daşınması üçün tədbirlər görülür,. Bu icmalar nəqliyyat vasitələri ilə təmin olunub.",- administrasiya xəbərində qeyd olunub.

Xatırladaq ki, aprelin 26-da Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələri komandanının köməkçisi Yevgeni Silkin bildirib ki, Çerniqov və Sumı vilayətlərinin sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin əksəriyyəti artıq təxliyə edilib.

Tunar Altunbay