Fransa hərbi büdcəsini kəskin artırır

 12:53 23.05.2023     354

Fransa hökumətinin sözçüsü Olivye Veran bəyan edib ki, 2024-2030-cu illər üçün hərbi departamentin büdcəsinin 413 milyard avro  artırılmasını nəzərdə tutan yeni qanunu parlament tərəfindən təsdiqlənəcək.

Redaktor.az xəbər verir ki, o, bu barədə "France Inter" radiosuna bildirib.

Veran əlavə edib ki, hamının başa düşdüyü beynəlxalq kontekst fonunda hərbi büdcənin artırılması zəruridir.

Hökumət qanun layihəsinə sürətləndirilmiş prosedur əsasında baxılmasını tələb edib: parlamentin aşağı və yuxarı palatalarında yalnız bir oxunuş təşkil olunacaq.

Hakimiyyət qanunu iyulun 14-dən əvvəl qəbul etməyi planlaşdırır.

Qanun layihəsinə əsasən, 2024-2030-cu illərdə Fransa silahlı qüvvələrinə “görünməmiş” büdcə ayrılacaq.

2019-2025-ci illərdə ayrılan 295 milyarda qarşı 400 milyard avroya qədər artacaq.

İnfrastruktur və digər maddələrə büdcədənkənar xərclər nəzərə alınmaqla, Silahlı Qüvvələrin ümumi büdcəsi 413 milyard avro təşkil etməlidir.

Tunar Altunbay