"Ukrayna SSR yaranmazdan əvvəl bəşəriyyət tarixində Ukrayna olmayıb” - Putin

 19:57 23.05.2023     552

Ukrayna SSR yaranana qədər bəşəriyyət tarixində Ukrayna olmayıb.

Redaktor.az "kremlin.ru"ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mayın 23-də Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin ilə görüşündə qeyd edib.

Zorkin prezidentə 17-ci əsrdə Fransada tərtib edilmiş, Rusiya krallığının, Kazakların və Birliyin tərkibində olan torpaqların göstərildiyi xəritəni gətirib və Ukraynanın bu xəritədə olmadığını xüsusi qeyd edib.

"Sovet Ukraynasını Sovet hökuməti yaradıb, bu hamıya məlumdur. Ondan əvvəl isə bəşər tarixində Ukrayna olmayıb", - Putin Zorkinlə birlikdə nadir xəritəyə baxaraq deyib.

Turan İSMAYIL