Belarus Ukrayna ilə sərhədi minaatan batareyalarla gücləndirir

 21:16 23.05.2023     388

Belarus Ukrayna ilə sərhədi yeni manevr edə bilən minaatan batareyalar və zirehli texnika ilə gücləndirib.

Redaktor.az BelTA -ya istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Belarus Dövlət Sərhəd Komitəsinin sədri, general-leytenant Anatoli Lappo məlumat verib.

“Sirr deyil ki, Ukrayna sərhədində manevr qruplarına zirehli texnika və minaatan qrupları əlavə edilib”,- deyə o bildirirb.

Lapponun sözlərinə görə, beş sərhəd zastavası modernləşdirilir və hərbi texnika alınır.

"Demək olar ki, hər bir zastavada pilotsuz uçan aparat var. Bu, şəxsi heyətin gücünə və vasitələrinə qənaət edir. Sərhəd infrastrukturu bundan sonra da yaxşılaşacaq", - deyən general-leytenant Belarus xalqını narahat olmamağa əmin edib, çünki "sərhəddəki vəziyyət" proqnozlaşdırıla bilən və idarə oluna biləndir”.

Tunar Altunbay