Borrell Belqorodla Belqradı qarışdırdı

 21:23 23.05.2023     391

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell çərşənbə axşamı müdafiə nazirlərinin Ukraynaya silah tədarükü ilə bağlı görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Belqorod vilayətində baş verənlərlə bağlı sualı cavablandıra bilməyib.

Redaktor.az TASS-a istinadla bilriri ki, o, Belqorodla Belqradı qarışdırıb.

Jurnalistin Belqorod yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq Borrell deyib: "Belqradda nələr baş verir? Mənim bu barədə heç nə bilmirəm".

Söhbətin Rusiyadakı Belqoroddan getməsi ilə bağlı sual təkrarlanandan sonra Borrell mətbuat katibi Nəbilə Massralı ilə danışandan sonra deyib: “Belqradda baş verənlərlə bağlı heç bir məlumatım yoxdur”.

Eyni mətbuat konfransında Borrell bildirib ki, Aİ münaqişə başlayandan bəri Ukraynaya dəstək üçün ümumilikdə 65 milyard avro xərcləyib.

Təkcə 2023-cü ilin əvvəlindən icma üzvləri Kiyevə 220 min mərmi və 1300 raket tədarük edib.

Tunar Altunbay