Ukraynada rus əsgərlərinin cəsədləri olan 4 yük maşını tapıldı

 22:16 23.05.2023     627

Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbələrindən sonra Zaporojyada rus hərbçilərinin cəsədlərinin olduğu 4 yük maşını tapılıb.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, Zaporojyedə şiddətli döyüşlər gedir:

"Hücumlarını gücləndirən Rusiya ordusu Çapaevka kəndində dayandırılıb. Ukrayna Silahlı Qüvvələrinin dəqiq artilleriya zərbələri nəticəsində Rusiya Silahlı Qüvvələri Hərbçilərin verdiyi məlumata görə, döyüşdən sonra bu kənddə əsgər cəsədləri ilə dolu 4 yük maşını tapılıb” .

Həmçinin, müxbirin qeyd etdiyi kimi, ötən gecə Ukraynanın əksər bölgələri yenidən düşmən pilotsuz təyyarələrinin hücumlarına məruz qalıb. Eyni zamanda, Kiyevə hücumların qarşısı alınsa da, ölkənin digər ərazilərində də mərmilər müşahidə olunub.

Bundan başqa, Aslanovun sözlərinə görə, Donetsk və Baxmut istiqamətində qızğın döyüşlər gedir: "Ötən gecə Ukrayna ordusu Baxmut ətrafında daha yarım kilometr ərazini işğaldan azad edib. Qarşılıqlı əks-hücumlar davam edir".

Xatırladaq ki, Rusiyanın Ukraynada müharibə başlayandan bəri ümumi döyüş itkiləri 204 min 360 nəfərdir. Ötən gün, mayın 22-də ukraynalı müdafiəçilər 420 rus əsgərini məhv ediblər.

Tunar Altunbay