Ukraynada rusların 16 milyonluq helikopteri MƏHV EDİLDİ

 09:14 24.05.2023     676

Ötən gün Ukrayna hərbçiləri Rusiyanın Ka-52 zərbə helikopterini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Beləliklə, Rusiya büdcəsi daha 16 milyon dollar ekvivalentini itirib", - deyə Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, bu, müharibənin başlanmasından bəri Rusiyanın Ukraynada itirdiyi sayca 296-cı hərbi helikopterdir.

Turan İSMAYIL