Bu ölkədə daşqın səbəbindən ölənlərin sayı artdı
İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ötən həftə İtaliyanın Emiliya-Romanya bölgəsində leysan yağışları nəticəsində daşqın baş verib.
Mayın 17-də itkin düşən 68 yaşlı kişinin meyiti tapılandan sonra daşqında ölənlərin sayı 15-ə çatıb.
Qeyd edək ki, bölgə ehtimal olunan güclü yağış xəbərdarlığı ilə "qırmızı həyəcan" statusunda qalır.
Humay İSGƏNDƏRLİ