Yaponiya NATO-ya daxil olur? - Tokiodan AÇIQLAMA

 09:37 24.05.2023     511

“Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib”.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib.

Eyni zamanda o, beynəlxalq nizamın hazırda üzləşdiyi çətin çağırışları nəzərə alaraq ölkəsinin NATO-ya üzv dövlətlər və onların müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə davam edəcəyini vurğulayıb.

Həmidə İBRAHİMLİ