Vuçiç Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmayacağına and içdi

 09:55 24.05.2023     321

Serbiya müstəqil siyasət apara bildiyi müddətcə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı RTS telekanalına müsahibəsində respublika prezidenti Aleksandr Vuçiç deyib.

"Serbiya yeganə ölkədir ki, Rusiyaya qarşı sanksiyalara qoşulmur. Mən heç vaxt and içməmişəm, müstəqil və suveren siyasət apara bildiyimiz ana qədər Rusiyaya qarşı sansiyalara qoşulmayacağımıza and içə bilərəm. Daha bu şəkildə hərəkət edə bilməyəcəyimiz zaman isə vətəndaşlarımıza xəbər verəcəyəm. Lakin biz son bir il üç aydır ki, mövqeyimizdən sadiq qala bilmişik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ruisya Ukraynanın ərzilərini işğala başlayanda Serbiya prezidenti Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair xalqa müraciətində ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmayacaqlarını bildirib.

O deyib ki, respublika bütün xarici tərəfdaşlarla ordu və polis təlimlərini müvəqqəti dayandırır.

Vuçiç qeyd edib ki, Serbiya Rusiya və Ukraynanı qardaş dövlətlər hesab edir və Avropanın şərqində baş verənlərdən təəssüflənir.

O, Belqradın Kiyevə humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

Tunar Altunbay