"Trampa qarşı qəddar rəftar edilir" - Vəkilləri

 10:57 24.05.2023     435

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri istintaqın “ədalətsiz” olması səbəbindən məxfi sənədlərin düzgün idarə olunmaması ilə bağlı baş prokuror Merrik Qarlandla görüş istəyib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsində dərc olunan vəkillərin məktubunda deyilir.

"ABŞ prezidenti Co Baydendən fərqli olaraq keçmiş prezidenti Donald Trampa qarşı ədalətsiz rəftar edilir. Tarixdə heç bir ABŞ prezidenti heç bir əsası olmayan belə qəddar və qanunsuz istintaqla üzləşməyib. Biz bu işi müzakirə etmək üçün görüş tələb edirik”,- deyə məktubda qeyd edilib.

Həmidə İBRAHİMLİ