Ağ Evə hücum edən şəxs Baydeni öldürmək niyyətini etiraf etdi - FOTO

 10:45 24.05.2023     396

Vaşinqtonda Ağ Evin yaxınlığındakı hasarları aşırmış yük maşınının sürücüsü ABŞ prezidentini öldürmək və hakimiyyəti ələ keçirmək istədiyini etiraf edib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü NBC televiziya şirkəti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Missuri ştatının 19 yaşlı sakini Sai Varşit Kandula hücumu altı ay planlaşdırıb, məqsədi "Ağ Evə girmək, hakimiyyəti ələ keçirmək" olub. Onun hakimiyyəti necə ələ keçirməyi planlaşdırdığı barədə suala şübhəli şəxs “Baydeni öldürmək və yoluna çıxan hər kəsə zərərsizləşdirməklə” cavabını verib.

Daha əvvəl CNN məlumat verib ki, polis yük maşınının sürücüsünü ABŞ prezidenti, vitse-prezidenti və onların ailə üzvlərini öldürmək niyyətində ittiham edib. Kandula həmçinin təhlükəli silahla hücum etmək, ehtiyatsızlıqdan avtomobil idarə etmək, federal mülkiyyətə ziyan vurmaq və qorunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunur.

Polis, ABŞ Mərkəzi Kəşfiyyat  İsarəsi və Federal Təhqiqat Bürosu araşdırma aparır.

Xatırladaq ki, mayın 22-də axşam furqon sürücüsü Ağ Evin qarşısındakı Lafayette Meydanında təhlükəsizlik səddini aşıb.

Ağ Evin mühafizəçilərindən və əməkdaşlarından heç kim xəsarət almayıb. “Reuters”in verdiyi xəbərə görə, hasarları aşan avtomobildə nasist bayrağı tapılıb.

Tunar Altunbay

Who is Sai Varshith Kandula? Missouri man identified as U-Haul driver who crashed truck into White House security barriers