"Neokolonial sistem qaçılmaz olacaq" - Putin

 11:49 24.05.2023     402

“Dünyada qeyri-sabitlik artır, gərginlik ocaqları yaranır”.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin 11-ci Beynəlxalq İclasının iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri hökmranlığı qoruyub saxlamağa və başqalarının suverenliyinə məhəl qoymamağa çalışdıqca dünyada gərginlik artır.

“Əminəm ki, biz birlikdə daha ədalətli, çoxqütblü dünyanın formalaşmasına nail olacağıq və eksklüzivlik ideologiyası, eləcə də bütün dünyanın resurslarını istismar etməyə imkan verən neokolonial sistem qaçılmaz olacaq”, - deyə dövlət başçısı bildirib.

Həmidə İBRAHİMLİ