Boris Conson polisə verildi

 11:48 24.05.2023     276

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun COVID-19 qaydalarını pozması səbəbilə polisə müraciət edilib.

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, Conson Nazirlər Kabineti tərəfindən polisə göndərilib.

Xəbəri ilk olaraq yayan  “The Times” qəzetində qeyd olunub ki, Consonun gündəlik planları olan qeyd dəftərində COVID-19 qaydalarını pozması barədə əsası var.

Belə ki, baş nazirin qeyd dəftərində epidemiya zamanı ailəsi və dostları ilə birlikdə Bukinqamdakı fermasını ziyarət etdiyi yazılıb.

Humay İSGƏNDƏRLİ