Qərb Rusiya və Çini təhlükə kimi görür - Lavrov

 12:23 24.05.2023     344

Qərb Rusiya və Çini öz hökmranlığına təhlükə kimi görür.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin XI Beynəlxalq görüşündə deyib.

“Yaponiyada bu yaxınlarda başa çatmış G7 sammitində verilən bəyanatların sübutu kimi, Qərb Rusiya və Çinə onun dominantlığına demək olar ki, ekzistensial təhlükə yaradan strateji rəqiblər kimi baxır”, - deyə Lavrov bildirib.

Həmidə İBRAHİMLİ