Ukrayna Prezidentinin mülkiyyəti əlindən alındı
Rusiyanın işğal etdiyi Krımın separatçı Dövlət Şurası ukraynalı oliqarxların regiondakı əmlaklarını "milliləşdirəcək".
Redaktor.az xəbər verir ki, bu barədfə separatçı rejimin rəhbəri Sergey Aksyonov öz Telegram kanalında bildirib.
"Mən Dövlət Şurasının sədri Vladimir Andreeviç Konstantinova və parlamentin deputatlarına Ukrayna oliqarxlarının əmlakının milliləşdirilməsi ilə bağlı görülən böyük işlərə görə təşəkkür etmək istəyirəm. Bu gün biz daha bir əmlak partiyası milliləşdirəcəyik. Söbət böyük şərab zavodları, bank strukturları, Ulrayna Prezidenti Zelenskinin mənzilindən gedir”, - Aksyonov yayımladığı videomüraciətdə bildirib.
Qeyd edək ki, martda Aksyonov Ukrayna prezidenti Vladimir Zelenskinin, eləcə də onun bəzi qonşularının Yaltadakı yaşayış binasındakı mənzillərinin milliləşdirmə siyahısına daxil edilməsi üçün hazırlandığını açıqlayıb.
2022-ci ildə Aksyonov Kiyev hakimiyyəti ilə əlaqəli təşkilatların və şəxslərin əmlakının milliləşdirilməsi barədə göstəriş verib. Siyahıya Baxçasaray "Stroyindustriya" zavodu, Zaliv gəmiqayırma zavodu və Ukrayna prezidenti Vladimir Zelenskinin Yaltadakı mənzili, Rinat Axmetov və Arseni Yesenyukun evləri, həmçinin Ukraynanın 12 bankının və "Dinamo Kiyev" futbol klubunun da əmlakı daxildir.
Tunar Altunbay