Zəfər Partiyası ikinci turda Kılıçdaroğlunu dəstəkləyəcək

 14:38 24.05.2023     337

Türkiyədə “ATA İttifaqı”na daxil olan partiyalardan biri - Zəfər Partiyasının sədri Ümit Özdağ prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəklərini açıqlayıb.

Redaktor.az-ın yerli mediaya istinadla məlumatına görə, o, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri və “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının qərargahında baş tutan mətbuat konfransı zamanı Kılıçdaroğlunu dəstəkləyəcəklərini elan edib.

Həmçinin CHP ilə Zəfər Partiyası arasında protokol imzalanıb.

Protokola əsasən, ölkə konstitusiyasının ilk dörd maddəsi və Türkiyə vətəndaşlığının tərif və məzmunun yer aldığı 66-cı maddəsi qorunacaq. 1924-cü ildə müəyyən edilən milli-unitar dövlət forması dəyişdirilməyəcək, başda suriyalılar olmaqla bütün qaçqınlar bir ildən gec olmayaraq ölkələrinə geri göndəriləcək, FETÖ, PKK və İŞİD kimi terror qruplaşmalarına qarşı mübarizə gücləndiriləcək.