Polşa Belarusda üsyana və Lukaşenkonu devirməyə hazırlaşır

 15:18 24.05.2023     351

Polşa Belarusda üsyana və Lukaşenkonu devirməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin keçmiş müavini, general  Valdemar Skşipçak "Polsat"a müsahibəsində deyib.

"Biz Belarusda üsyana hazırlaşırıq, çünki bu baş verəcək",- deyən general üsyana dəstək verməyə hazır olmağın vacibliyini vurğulayıb:

"Biz Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunları dəstəkləməyə hazır olmalıyıq. Onlara kömək etmək üçün əsaslarımız var".

Xatırladaq ki, ötən gün Polşa xüsusi xidmət orqanlarının koordinatorunun ofisinin nümayəndəsi Stanislav Jarin Belarusla sərhəddə Polşa patrullarına hücumların sayının artdığını açıqlayıb.

Onun sözlərinə görə, sərhədi keçməyə çalışan əcnəbilərə Rusiya və Belarus xüsusi xidmət orqanları dəstək verir:

“Biz sərhədə hücum cəhdlərinin əhəmiyyətli dərəcədə artdığını qeyd edirik".

Tunar Altunbay