"Google Chrome"un "köhnə" versiyalarında mühüm funksiya ləğv ediləcək

 20:39 24.05.2023     427

"Google" tezliklə "Chrome"-un köhnə versiyalarında "Tərcüməçi"ni deaktiv edəcəyini açıqlayıb

Redaktor.az xəbər verir ki, "Android Police" portalının yazdığına görə, veb səhifələrin avtomatik tərcüməsindən istifadə etməyə davam etmək üçün istifadəçilər brauzerlərini 96 və ya daha yüksək versiyaya yeniləməlidirlər.

"Chrome 95" və daha köhnə istifadəçilər tezliklə "Chrome Translate"dən istifadə etməyə çalışarkən "Bu səhifə tərcümə edilə bilməz" deyən xəta mesajı görəcəklər.

Dəstəyin dəqiq bitmə tarixi məlum deyil.

Ona görə də, "Google" istifadəçilərə 2021-ci ilin dekabrında buraxılmış "Chrome 96"nın ən son versiyasına yeniləməyi tövsiyə edir.

Chrome-un köhnə versiyalarında "Tərcüməçi"nin söndürülməsi funksiyanın köhnə versiyalarla uyğun gəlməyən yeni xüsusiyyətləri ilə bağlı ola bilər.

Məsələn, Chrome gələcəkdə şəkillərdəki mətni tərcümə edəcək.

Tunar Altunbay