Zaxarova Ukraynada münaqişənin yeni eskalasiyası ilə bağlı xəbərdarlıq etdi

 22:07 24.05.2023     355

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin münaqişənin gərginləşməsinin növbəti mərhələsini göstərdiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Rusiya diplomatik departamentinin yutub kanalında yayımlanan brifinqdə bildirib.

“F-16-ların tədarükü münaqişənin gərginləşməsinin və Avropa qitəsində vəziyyətin sabitliyinin pozulmasının növbəti mərhələsidir. Nəticələri Qərb tərəfdaşları tərəfindən tamamilə hesablana bilməz. Onlar Amerikanın ardınca gedirlər, görünür, sadəcə belə təcrübələrin necə bitəcəyini dərk etmirlər”, - Zaxarova deyib.