Ukrayna ordusunun baş komandanı Xersonda ağır yaralandı

 22:37 24.05.2023     328

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı raket zərbəsi nəticəsində ağır yaralanıb. 

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, ukraynalı general mayın əvvəlində Xerson yaxınlığındakı Posad-Pokrovskoe qəsəbəsi yaxınlığındakı Ukrayna ordusunun komanda məntəqəsində yaralanıb.

O, Rusiyanın zərbələri nəticəsində ağır zədə alıb. 

Generalın qapalı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları aldığı bildirilir.

Həmçinin, onun xidmətini davam etdirə bilməyəcəyi deyilir.