Ukkrayna "xüsusi əməliyyatlar”a başladı
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatı artıq bir neçə gün əvvəl başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, çərşənbə günü "Rai 1" kanalında deyib.
"Əks-hücum bir neçə gündür davam edir, bu müharibə sərhəd boyu 1,5 min km uzanır, lakin ayrı-ayrı əməliyyatlar artıq başlayıb",- o, qeyd edib.
Qərbin silah tədarükü mövzusuna toxunan Podolyak, Ukraynanın onlardan yalnız özününkü hesab etdiyi ərazilərdə istifadə etmək niyyətində olduğu iddialarını təkrarlayıb.
F-16 qırıcılarının Ukraynaya mümkün təhvil verilməsindən danışarkən, o, rusların "hava məkanını bağlamaq" üçün lazım olduğunu bildirib.
Tunar Altunbay