Ruslar işləmək üçün Ermənistana axışır

 10:00 25.05.2023     590

"Ermənistanda Rusiyadan gələn əmək miqrantlarının sayı son bir ildə 272% artıb, Qazaxıstana da rusiyalıların axını müşahidə olunur".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, bu barədə  Avrasiya İqtisadi Komissiyasının (AİK) Əmək Miqrasiyası və Sosial Müdafiə Departamentinin direktoru Altınay Omurbekova deyib.

"Biz yalnız işçilərlə bağlı statistika aparırıq, yəni bunlar işləmək üçün gedən insanlardır. Bizdə Ermənistan və Qazaxıstanın böyüdüyü 2022-ci il üçün məlumat var. Məsələn, Ermənistan Respublikasında 2021-ci illə müqayisədə artım 272%-i göstərir. Həmçinin, Qazaxıstan Respublikasında isə bu artım təxminən 70%-dir”, - deyə Omurbekova Avrasiya İqtisadi Forumu çərçivəsində bildirib.

O, eyni zamanda qeyd edib ki, ötən il Belarus və Qırğızıstanda belə tendensiya müşahidə olunmayıb.

Tunar Altunbay