Rusiyanın Ukraynadakı son itkiləri AÇIQLANDI

 10:04 25.05.2023     567

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 205260 (+500) nəfər canlı qüvvəsi, 3795 (+3) tank, 7432 (+8) ədəd zirehli döyüş maşını, 3359 (+20) ədəd artileriya sistemi, 570 (+0) reaktiv yaylım atəşi sistemi, 327 (+0) hava hücumundan müdafiə sistemi, 309 (+0) təyyarə, 296 (+0) helikopter, 2907 (+36) PUA, 1015 (+0) qanadlı raket, 18 (+0) gəmi, 6148 (+2) avtomobil texnikası və avtosistern, 444 (+4) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2