Ter-Petrosyanın partiyası Paşinyanın Qarabağla bağlı bəyanatını DƏSTƏKLƏDİ

 10:52 25.05.2023     459

"Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanəmayıb. Lakin Ermənistanın Azərbaycan SSR-dən ayrılması və sonradan onun müstəqilliyinin elan edilməsi prosesində heç bir ziddiyyət olmayıb".

Redaktor.az xəbər verir ki, "Sputnuk Ermənistan"a istinadla bildirir ki, bu barədə Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan sosial şəbəkədə məlumat verib.

O xatırladıb ki, 1989-cu ildə Ermənistan SSR Ali Soveti  Dağlıq Qarabağ Muxtar Vilayətinin ona birləşdirilıməsi haqqında qərar qəbul edib. 1990-cı ildə isə Ermənistan Müstəqillik Bəyannaməsi qəbul edib.

Zurabyanın qeyd etdiyi kimi, ilk baxışdan hansısa məntiq görünür, amma reallıq tamam başqadır.

"1995-ci ildə qəbul edilmiş Ermənistan Respublikasının Konstitusiyası həqiqətən də Müstəqillik Bəyannaməsinə istinad edir, lakin bütün mətnə ​​deyil, Ermənistan dövlətçiliyi prinsiplərinə və orada təsbit olunmuş milli məqsədlərə aiddir. Yenidən birləşmə haqqında qərara istinad ona görə də verilir ki, SSRİ Ali Soveti SSRİ-nin tərkibindən çıxmağa səs verəndə Qarabağı 260 deputatdan 10-u təmsil edirdi.

Belə ki, Konstitusiya Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarı norma kimi təsdiq etmir və əvvəlki hakimiyyətlər belə bir qərar qəbul etmədən Konstitusiyanı pozmayıblar",- deyə Zurabyan bildirib.

1991-ci ildə hələ SSRİ-nin dağılmasından əvvəl İttifaqda Konstitusiya Məhkəməsi rolunu oynayan Konstitusiya Nəzarəti Komitəsi həm Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarı, həm də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi haqqında SSRİ Ali Sovetinin qərarını qüvvədən saldı:

"Beləliklə, sırf formal olaraq birləşmə haqqında qərar öz qüvvəsini itirdi. Dağlıq Qarabağın məqsədi həmişə Azərbaycandan ayrılmaq olub. SSRİ daxilində bu mübarizə Ermənistana birləşmə kimi rəsmiləşdirildi, çünki SSRİ Konstitusiyasında muxtariyyətin bir respublikadan ayrılması üçün yeganə mexanizm onun digər respublikaya qoşulması idi. SSRİ-nin dağılmasından sonra beynəlxalq hüquq nöqteyi-nəzərindən yeganə məqbul variant Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi idi ki, Ermənistan Respublikası xarici əraziləri ələ keçirmək istəyən təcavüzkar kimi görünməsin".

Əvvəlki nəşrlərin birində Ermənistanın baş nazirinin bəyanatlarını şərh edən Zurabyan xatırladıb ki, Ermənistan MDB ölkələrinin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında Alma-Ata bəyannaməsini (hazırda Paşinyan buna istinad edir) hörmətlə qəbul edib. 

Tunar Altunbay