Şoyqudan NATO-nun keçirəcəyi ən böyük təlimə REAKSİYA

 12:37 25.05.2023     326

Şimali Atlantika Alyansı (NATO) Şərqi və Mərkəzi Avropada öz qüvvələrini artırmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"NATO öz qruplaşmalarını yaratmaq üçün Ukrayna böhranını bəhanə edir. Alyansın genişlənməsinin növbəti mərhələsinə start verilib. Şərqi və Mərkəzi Avropada hərbi infrastruktur modernləşdirilir, zərbə silahları yerləşdirilir, miqyası və intensivliyi, birgə təlimlərin sayı artır”, - deyə Şoyqu KTMT üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, "Defender Europe 2023" təlimləri bloka daxil olmayan ölkələrin də iştirak etdiyi ən böyük təlim olacaq.

Şoyqu qeyd edib ki, digər narahatlıq doğuran məqam “nüvə silahı çatdıran maşınların istifadəsini sınaqdan keçirmək üçün Şərqi Avropada NATO ölkələrinin aqressiv ritorikasının və birgə “nüvə missiyalarının” artması, habelə ABŞ-ın qlobal raketdən müdafiə sisteminin komponentlərinin təkmilləşdirilməsidir”.

Turan İSMAYIL