Qırğız Respublikasında gənclərin xaricə getməsi qadağan edilə bilər

 13:43 25.05.2023     352

Qırğız Respublikasının parlamentinin deputatı Nadirə Nərmətova hərbi xidmətə cəlb olunan qız və kişilərin xaricə getməsinə qadağa qoyulmasını təklif edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.

Onun sözlərinə görə, indi gənclər erkən yaşda xaricə gedir və əziyyət çəkirlər:

"Hərbi xidmətdə olmayan oğlanları başqa ölkələrə buraxmaq olmaz. Çoxlu faktlar var ki, gənc yaşda olan oğlanlar orduya getmirlər, xaricə gedib hər cür çətinliklərlə üzləşirlər. Yaxşı olardı ki, onblar yetkinləşib hərbi xidmətdə olsunlar, gedəcəkləri ölkəni yaxşı öyrənsinlər. Hələ 18 yaşı tamam olmayan qızlar da xaricə gedib həyatlarını pozurlar".

Deputat gənclərin başqa ölkələrə işləmək üçün getməsindən narazıdır, baxmayaraq ki, onun təbirincə desək Qırğızıstanda geyim sənayesində minlərlə iş yeri var.

Bundan əvvəl Nərmətova 23 yaşından kiçik qızların ölkədən çıxışına qadağa qoyulmasını təklif edib.

Tunar Altunbay