Şoyqu Ermənistanı KTMT-nin təlimlərinə qatılmağa çağırdı

 14:40 25.05.2023     308

Ermənistan tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakı vacibdir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

“Ermənistan bizim təşkilatın üzvüdür, müttəfiqimizdir. Biz sülhün bərqərar olmasında maraqlıyıq və Zaqafqaziyada vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik. Eyni zamanda, Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini xüsusilə qeyd etmək istərdim”, - nazir deyib.

Turan İSMAYIL