"Namizəd statusu əldə etmək üçün bütün tövsiyələri yerinə yetirəcəyik" - Kaxa Kaladze

 15:59 25.05.2023     287

İyun ayına qədər Gürcüstan hakimiyyəti Avropa İttifaqına namizəd statusunun alınması üçün təşkilatınmüəyyən etdiyi 12 tövsiyənin hamısını yerinə yetirəcək.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə cümə axşamı jurnalistlərə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Hər şey diqqətlə aparılır. İyun ayında göstərilən yol xəritəsi tamamilə bağlanacaq və 12 bəndin hamısı tamamlanacaq.  Sonda hər şey Avropa İttifaqından asılıdır. Qərar vermək onların öz işidir, Gürcüstana status verilsin, ya yox?”, - Kaladze bildirib.

Tbilisi meri müxalifəti tövsiyələrin yerinə yetirilməsi işində iştirak etməməkdə ittiham edib. Kaladze əmindir ki, rəqiblər, əksinə, onların həyata keçirilməsində hakimiyyətə müdaxilə edirlər.

Xatırladaq ki, 2022-ci ilin iyununda Avropa İttifaqının liderləri Ukrayna və Moldovaya üzv olmaq üçün namizəd statusu veriblər. Onlar Gürcüstanın Avropa perspektivini, eləcə də 12 bənddən ibarət bir sıra şərtlər yerinə yetirildikdən sonra ona namizəd statusu verməyə hazır olduqlarını etiraf ediblər.

Tunar Altunbay