Finlandiya Ukraynaya növbəti silah və sursat yardımı göndərdi

 16:43 25.05.2023     337

Finlandiya Ukraynaya yeni, 16-cı hərbi yardım paketini o cümlədən, zenit silahları və döyüş sursatları təhvil verib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Departamentin hesablamalarına görə, yeni silah paketinin dəyəri 109 milyon avro qiymətləndirilir.

"Finlandiya beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynaya dəstəyini davam etdirir. Finlandiyanın təqdim etdiyi bütün hərbi yardım paketlərinin dəyəri hazırda 1,1 milyard avro təşkil edir”,-deyə Finlandiyanın müdafiə naziri Antti Kaykkonen deyib.

Həmidə İBRAHİMLİ