Çuvaşiyada xüsusi icazə olmadan dronlardan istifadə qadağan edildi

 16:35 25.05.2023     315

Çuvaşiya hakimiyyəti bölgədə xüsusi icazə olmadan dronların istifadəsinə qadağa qoyub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın hakimiyyət orqanlarının rəsmi internet portalında dərc olunan sərəncamda deyilir.

“Müəyyən edilsin ki, Çuvaş Respublikasının ərazisində Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq icazə almadan pilotsuz uçuş aparatlarından istifadə etmək qadağandır”, - sənədin mətnində deyilir.

Sənədlərin verilməsini təmin etmək üçün Çuvaşiyanın yerli özünüidarə orqanlarına, habelə pilotsuz uçuş aparatlarından istifadəyə icazə verən orqan və təşkilatlara tövsiyə olunur.

Turan İSMAYIL