Rusiya 106 ukraynalı əsiri qaytardı - VİDEO

 20:10 25.05.2023     319

Ukrayna Rusiya əsirliyində olan 106 hərbçisini geri qaytarıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak öz “Telegram” kanalında məlumat verib.

“Biz 106 hərbçimizi evə qaytardıq. Bu şəxslər Baxmut istiqamətində döyüşüblər. Əsirlikdən qaytarılanların səkkizi zabit, 98-i isə əsgər və çavuşdur”, - Andrey Yermak qeyd edib.