Ukraynda rusların iki "Su-25"-i vuruldu

 21:30 25.05.2023     261

Ukraynanın Zaporojye vilayəti üzərində Rusiya ordusuna məxsus iki təyyarə eyni vaxtda vurulub.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, Ukrayna Milli Qvardiyasının Cənub Əməliyyat-Ərazi Assosiasiyasının məlumatına görə, işğalçılar Zaporojye istiqamətində döyüş təyyarələrindən fəal istifadə edirlər.

Mayın 25-də onlar bir cüt Su-25-dən istifadə etməklə Ukrayna müdafiə qüvvələrinin mövqelərini darmadağın etməyə çalışıblar.

"Həmin vaxt Milli Qvardiyaçılar, "Zaporijjya Avenger" və onun qardaşı döyüş növbətçiliyində idilər. Qırıcılarımız düşmən təyyarələrinə dəqiq zərbə endiriblər", - hərbçilər bildirib.

Rusiya təyyarələrindən biri tamamilə məhv edilib, - pilot katapultla müvəqqəti işğal olunmuş əraziyə düşə bilib.

İkinci Su-25 isə ciddi zədələnib və təcili eniş etmək məcburiyyətində qalıb.