Rusiya Kiyevə qanadlı raketlərlə hücum etdi

 10:18 26.05.2023     280

Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hava hücumu təşkil edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı Kiyev Hərbi Administrasiyası yayıb. 

Bildirilib ki, ruslar qanadlı raketlərlə şəhərə hücum edib. Nəticədə paytaxtın müxtəlif hissələrində bəzi tikililərin dam hissəsinə zərər dəyib. 

Qeyd olunub ki, hücum zamanı yaralanan və ölən olmayıb. 

T.İSMAYIL