Türk lirəsi kəskin UCUZLAŞDI

 12:00 26.05.2023     272

Türkiyə lirəsi Azərbaycan manatı qarşısında minimuma enib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, ötən gecə dolların məzənnəsi 20,47 lirə həddini keçərək tarixi maksimuma yüksəlib.

Bu gün Türkiyə lirəsi 0,5% ucuzlaşaraq 0,0850 manat təşkil edib.

Humay İSGƏNDƏRLİ