Yeməyin içindən diri qurbağa çıxdı - VİDEO
Yaponiyada bir restorandan qablaşdırılmış yemək alan müştəri sürprizlə üzləşib.
Redaktor.az “İndependent Türkçe”yə istinadən xəbər verir ki, tviter istifadəçisi Kaito sifraiş etdiyi yeməyin sonunda diri qurbağa ilə qarşılaşıb.
Kaito məşhur udon şorbasını sifariş edib və yeməyin sonunda qabda diri qurbağa olduğunu görüb.
Qeyd edək ki, udon yapon mətbəxinə xasdır, şorba və ya salatda təqdim edilən qalın buğda unu əriştəsidir.
Humay İSGƏNDƏRLİ