"Türkiyədə afterşoklar uzun müddət davam edəcək" - AFAD
Türkiyədə baş verən dəhşətli zəlzələlərdən sonra 38 minə yaxın afterşok qeydə alınıb.
Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə AFAD-ın Zəlzələ və Risklərin Azaldılması şöbəsinin direktoru Orxan Tatar açıqlama verib.
O, bildirib ki, güclü zəlzələdən sonra afterşoklar mümkündür:
"Fevralın 6-da 7 bal gücündə baş verən 2 güclü zəlzələ kimi böyük təbii fəlakətlərdən sonra uzun müddət afterşoklar davam edəcək".
Humay İSGƏNDƏRLİ