Polşa Rusiya və Belarusa məxsus yük maşınlarının sərhəddən keçməsini dayandıracaq
Polşa Daxili İşlər Nazirliyi və Administrasiyası Rusiya və Belarusda qeydiyyatda olan malların olduğu yük maşınlarının Polşa-Belarus sərhədindən keçirilməsini dayandırmaq niyyətindədir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə mayın 26-da dərc olunan hökumət fərmanında bildirilir.
“Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular və avtomobil qatarları üçün Belarus Respublikası ilə sərhəddən yükdaşımaları növbəti xəbərdarlıq edilənədək dayandırılır”, - sənəddə deyilir.
Turan İSMAYIL