Moldova Rusiyaya görə fövqəladə vəziyyət rejimini 60 gün uzatdı

 21:47 26.05.2023     332

Moldova parlamenti Ukraynadakı vəziyyət fonunda ölkənin təhlükəsizliyinə təhdidlər səbəbindən ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu qərar cümə günü parlamentin mətbuat xidmətinin yayımladığı iclasda qəbul edilib.

“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət 4 iyun 2023-cü il tarixindən etibarən 60 günlük müddətə uzadılıb”, - sərəncamda deyilir.

Moldova Parlamentinin sədri İqor Qrosu bildirib ki, parlamentin 101 üzvündən Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının deputatlarının 58-lehinəi, müxalifət isə əleyhinə səs verib.

Deputatlar qarşısında çıxış edən respublikanın baş naziri Dorin Reçan fövqəladə tədbirlərə ehtiyacı Ukraynadakı münaqişə, enerji sektorundakı qeyri-sabitliklə izah edib.

Baş nazir həmçinin Rusiyanı Moldovada vəziyyəti sabitliyi pozmağa cəhd etməkdə ittiham edib:

“Fövqəladə vəziyyətin uzadılması həm də ona görə lazımdır ki, biz sabitliyi pozmaq məqsədi ilə Rusiya tərəfindən bizə qarşı hibrid müharibənin elementləri ilə üzləşirik".

Eyni zamanda, Reçan vəd edib ki, iyun ayında hökumət fövqəladə vəziyyətin müddətini uzatmağa deyil, Rumıniya nümunəsi ilə "fövqəladə fərman" mexanizmi vasitəsilə tətbiq etməyə imkan verən qanuna düzəlişlər təklif edəcək.

Müxalifət nümayəndələri hakim partiyanıpopulist qərarlar qəbul etmək və siyasi rəqiblərlə mübarizə aparmaq üçün fövqəladə tədbirlərdən istifadə etməkdə ittiham ediblər. Onlar diqqəti ölkənin birinci şəxslərinin Moldovada silahlı münaqişə risklərini mütəmadi olaraq təkzib etmələrinə yönəldiblər.

Xatırladaq ki, Moldova 2021-ci ilin oktyabr ayından fövqəladə vəziyyət şəraitində yaşayır. Əvvəlcə bu, “Qazprom”la danışıqlar fonunda və ölkəyə qaz nəqlinin kəsilməsi təhlükəsi fonunda irəli sürülüb, daha sonra səbəb kimi Rusiyanın Ukraynanı işğalı göstərilib.

Tunar Altunbay