Avropa parlamentinn rüşvətdə ittiham olunan deputatı azad edildi
2022-ci il Dünya çempionatı ərəfəsində Qətərdən rüşvət almaqda ittiham olunan Avropa Parlamentinin keçmiş sədr müavini Eva Kayli ev dustaqlığından azad edilib.
Redaktor.az xəbər verir ki, hazırda kayli parlamentari kimi öz vəzifəsinə qayıtmaq niyyətindədir.
O, həmçinin həbsin onun avropalı deputat kimi hüquqlarını pozub-pozmaması məsələsini qaldırmaq niyyətindədir.