Türkiyə müxalifəti prezident seçkilərinin sakit başa çatacağını gözləyir
Bazar günü, mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu kimin – hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və ya müxalifət lideri Kamal Kılıçdaroğlunun qalib gəlməsindən asılı olmayaraq, ciddi insidentlər olmadan sakit başa çatmalıdır.
Redaktor.az xəbər verir ki, siyasi birlikdən şənbə günü TASS-a bildiriblər ki, seçkilərdə öz namizədini irəli sürən müxalifət alyansı buna ümid edir.
"Müxalifətin və ya indiki administrasiyanın nümayəndəsinin qələbə qazanacağı təqdirdə baş verə biləcək insidentlərlə bağlı söz-söhbətlər fərqli ola bilər. Biz sabitliyin pozulması ilə müşayiət olunan ciddi insidentlər gözləmirik. Biz hakim alyansın ağlına ümid edirik. Biz tərəfdarlarımız üçün sakitik”, - mənbə bildirib.
Mayın 19-da Türkiyə MSK ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini açıqlayıb. Bu məlumatlara görə, Ərdoğan 49,52%, Kılıçdaroğlu isə 44,88% səs toplayıb. İkinci turda ən çox səs toplayan namizəd qalib olacaq.
Turan İSMAYIL