Ermənistan Marqara keçid məntəqəsinin tikintisinə hazırlaşır

 12:38 27.05.2023     372

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisinə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisi layihəsi üzrə layihələndirmə işlərinə qərar verib.